\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı

Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı
1599baxış

Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından bir ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin üç yeniyetmə tərəfindən törədilməsi məlum olub.  

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb. Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.