\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Rusiyada koronavirusdan ölənlərin sayı 81 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 81 mini ötdü
1616baxış

Rusiyada son sutka ərzində koronavirusa 12 828 yeni yoluxma halı qeydə alınıb, 467 pasiyent isə dünyasını dəyişib.

Mediapress.az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların ümumi sayı 4 112 151, pandemiya qurbanlarının sayı isə 81 446

nəfərə çatıb.

İndiyə qədər 3 642 582 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.