\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Ceyhun Bayramov və Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov və Lavrov arasında telefon danışığı olub
1631baxış

Fevralın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Moskva razılaşmasının həyata keçirilməsini, eləcə də ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər”, – nazirlikdən bildirilib.