\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Türkiyədə koronavirusdan ölüm sayı azalır

Türkiyədə koronavirusdan ölüm sayı azalır
1590baxış

Türkiyədə son sutka ərzində 86 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 7325 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 738, virusa yoluxanlar isə 2 609 359 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 496 833 pasiyent (son sutkada 7209 nəfər) sağalaraq evə buraxılıb.