\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Yerevanda qəbirləri qarət etməkdə şübhəli bilinənlər tutulub

Yerevanda qəbirləri qarət etməkdə şübhəli bilinənlər tutulub
1463baxış

Yerevanda “Nubaraşen” qəbiristanlığındakı qəbirləri qarət etməkdə şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən tutulub.

Mediapress.az “Samshyan”a istinadən xəbər verir ki, şübhəlilər - 51 yaşlı Pvsep Ovanisyan və 63 yaşlı Sarqis Xaçatryan polis şöbəsinə aparılıb.

Bildirilib ki, onlar 30-dan çox ailə türbəsini təhqir etməkdə şübhəli bilinirlər. Qəbiristanlıqdan düralüminium və başqa qəbirüstü bəzək əşyaları qarət olunub.

Faktla bağlı araşdırmalar aparılır.