\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Türkiyə Qarabağda "Ağıllı şəhər" modelinin qurulmasına dəstək verəcək

Türkiyə Qarabağda "Ağıllı şəhər" modelinin qurulmasına dəstək verəcək
1431baxış

"Qarabağın Ermənistanın işğalından azad edilməsinə necə dəstək olduqsa, Qarabağın bərpasına da elə dəstək olacağıq".

Mediapress.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oqtay bildirib.

"İki ölkə arasında iqtisadi münasibətlərin də qardaşlıq münasibətləri səviyyəsinə çatması üçün əlimizdən gələni edəcəyik. Türkiyənin Şəhərsalma Nazirliyi işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər" modelinin qurulmasına, Energetika Nazirliyimiz isə yaşıl enerjinin tətbiqinə dəstək verəcək", - deyə o, qeyd edib.