\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3 435-ə yüksəldi

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3 435-ə yüksəldi
1366baxış

Gürcüstanda ötən sutkada daha 258 nəfərə koronavirus diaqnozu qoyulub, 10 pasiyent vəfat edib. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 268 355-ə, ölənlərin sayı isə 3 435-ə çatıb. Son 24 saat ərzində 571 nəfər sağalaraq evə buraxılıb. Xəstəlikdən sağalanların ümumi sayı 261 637-yə yüksəlib.