\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Rusiyada koronavirusdan ölənlərin sayı açıqlanıb

Rusiyada koronavirusdan ölənlərin sayı açıqlanıb
1374baxış

Rusiyada son bir gündə daha 12 742 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 164 726 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 417 nəfər artaraq 83 293-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 713 445 nəfər sağalıb.