\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Nigeriyada təyyarə qəzaya uğradı

Nigeriyada təyyarə qəzaya uğradı
1384baxış

Nigeriyada Hərbi Hava Qüvvələrinin “King Air 350” təyyarəsinin qəzaya urğaması nəticəsində 7 nəfər həlak olub. Bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin tvitter səhifəsində bildirilir.

"Nigeriyanın Hərbi Hava Qüvvələrinin “Beechcraft KingAir B350” təyyarəsinin Minnuda uçuşun gedişatında mühərrikin dayanması haqqında xəbərlərdən sonra Abudji aeroportuna qayıdarkən qəzaya urğamasını təsdiqləyirik. Fövqəladə xidmətlər artıq hadisə yerindədir. Təəssüf ki, göyərtədə olan yeddi hərbi xidmətçinin hamısı həlak olublar”, - paylaşımda bildirilir.

Ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi müdiri dərhal faciənin araşdırılmasına başlamaq barədə göstəriş verib.