\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Direktor şagirdlərdən "8 Mart" pulu yığır?! - İttiham

Direktor şagirdlərdən "8 Mart" pulu yığır?! - İttiham
1438baxış
Qarşıda 8 Mart Beynəlxalq Qadınlar Günü gəlir.
Bununla bağlı son günlər orta məktəblərdə yenə də müəllim və direktorlar üçün valideynlərdən pul yığımı ilə bağlı söz-söhbətlər gəzməkdədir. Deyilənə görə, bəzi təhsil ocaqlarında qanun pozuntuları baş verir. Daha doğrusu, direktorlar üçün bayram münasibətilə pul yığımına başlayıb. 
 
Mediapress.az-ın məlumatına görə, sosial şəbəkələrdə bu cür ittihamlardan biri də Sağlam Cəmiyyət İB-nin sədri Lalə Mehralıya məxsusdur. O, öz Facebook səhifəsində narazılığını belə ifadə edib:
 
"Bakıxanov qəsəbəsindəki 74 saylı orta məktəbin Murad adlı yeni gənc direktoru məcburi halda hər uşaqdan 10 manat 8 Mart pulu yığır. Verməyən uşağı sinifdə utandırırlar, psixoloji təzyiq edirlər, valideyn komitələri valideynləri bezdirib. İndi müəllimlər yığdığı pulu aparıb bu kişi direktora verəndə nə deyəcək? "S prazdnikom?!"
 
Rəylər arasında 74 saylı orta məktəbin direktoru Murad Zeynalov da var:
 
"Mən həmin məktəbin direktoruyam. Yazdığınız əsassız məlumatdır. Hər hansı faktınız varsa, konkret dəlillə təqdim edin, aidiyyəti qurumlar araşdırsın. Yoxsa bu cür ümumi sözlər məktəbə, məktəb rəhbərliyinə qara yaxmaq cəhdindən başqa bir şey deyil". 
 
Lalə Mehralının Mediapress.az-a bildirdiyinə görə, məsələ ilə bağlı qanuni şəkildə ölçü götürmək qənətindədir.
"Sadəcə olaraq, şənbə-bazar günü olduğundan qaynar xəttin işləmədiyini düşündüm deyə, müraciət etmədim. Amma sabah məsələ lə bağlı araşdırılma aparılmasını tələb edəcəyəm!" - deyə şikayətçinin sözlərinə görə, rəsmi şəxslər yalnız Facebook üzərində - şərh bölümündə fikir yürüdüblər.
Hələ də məsələnin ciddiyyətinə varan yoxdur...  
 
P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.