Azərbaycanda bütün təhsil müəssisələri yenidən bağlanır? - Nazirlikdən açıqlama
1679
Təhsil Nazirliyi məktəblərin bağlanma xəbərinə reaksiya verib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, məlumat ötən ilə məxsusdur:
"Ötən il tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir” -, deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandıracağını bildirmişdi.