Azad Rəhimovun vəziyyəti ilə bağlı SON XƏBƏR
1420
Gənclər və idman naziri Azad Rəhimovun sağlıq durumu qənaətbəxşdir və tezliklə vətənə dönüşü gözlənilir.
Mediapress.az moderator.az-a istinadla xəbər verir ki, nazirin ailəsinə yaxın, adının çəkilməsini istəməyən dostlarından biri bildirib. Onun sözlərinə görə, Azad Rəhimov Novruz bayramını Azərbaycanda, öz Vətənində qeyd edəcək, yəni ən geci martın 20-dək Bakıya dönəcək.
Xatırladaq ki, bir müddət öncə səhhətində yaranmış ciddi problemlərə görə ABŞ-da müəlicə alan A. Rəhimovun sağlıq durumunun kəskin pisləşdiyi, hətta həyatda qalmasının sual altında olduğu iddiaları səsləndirilirdi. Amma sonradan bəlli oldu ki, nazir amansız xəstəliklə mübarizə aparıb və sağlamlığına qovuşmaq üzrədir.