\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Rusiyada 11 mindən çox yeni yoluxma və 462 ölüm faktı qeydə alındı

Rusiyada 11 mindən çox yeni yoluxma və 462 ölüm faktı qeydə alındı
1352baxış

Rusiyada son bir gündə daha 11 024 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 301 159 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 462 nəfər artaraq 88 285-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 885 321 nəfər sağalıb.