\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Rusiyada yol qəzası olub, 7 nəfər ölüb

Rusiyada yol qəzası olub, 7 nəfər ölüb
1285baxış
Rusiyanın Samara vilayətində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsndə 7 nəfər ölüb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Samara vilayəti Prokurorluğunun Mətbuat xidməti yayıb.

Bildirilib ki, martın 8-də vilayətin Volqa rayonunun Kurumoç qəsəbəsinin Samara-Tolyatti yolunun 8-ci kilometrliyində “Isuzu” yük avtomobili ilə “Volkswagen” minik maşını toqquşub. Qəza yerində vilayət prokurorunun müavini Aleksey Pavlov da olub. Prokurorluq araşdırmaya başlayıb.