\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Moldova Azərbaycanlıları Konqresi ''Hədiyyə marafonu'' keçirib - FOTOLAR

Moldova Azərbaycanlıları Konqresi ''Hədiyyə marafonu'' keçirib - FOTOLAR
1391baxış
Hər il müxtəlif xeyriyyə tədbirləri ilə yadda qalan, marafonlarla insanlara sevinc bəxş edən Moldova Azərbaycanlıları Konqresi bu dəfə xanımların üzündə təbəssüm yaradıb. Belə ki, konqres tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ''Hədiyyə marafonu'' keçirilib.
 
Mediapress.az xəbər verir ki, marafon çərçivəsində Moldova Azərbaycanlıları Konqresi (MAK) Azərbaycan diasporasının xanımlarını həm 8 Mart, həm də bahar bayramı münasibətilə təbrik edib. Moldovanın müxtəlif bölgələrində yaşayan 400-dən çox xanıma çiçək, şirniyyat, bayram açıqcaları hədiyyə olunub.
 
Moldova Azərbaycanlıları Konqresi "Hədiyyə Marafonu" layihəsində iştirak edən hər kəsə - MAK Şurasının üzvləri Zamir Qubadova, Ramil Adıgözəlova, Mahizar Məmmədovaya, Mehriban Bədəlovaya, Mamed Nuriyevə, Marat Bayramova, Röya Zamanovaya, Ramilə Mustafayevə, Ramiz Mustafayevə, Natiq Danaçiyevə, MAK sədrinin müavini Ramiz Ansarova təşəkkür edib.
 
Moldova Azərbaycanlıları Konqresi bütün xanımları 8 Mart və baharın gəlişi münasibətilə təbrik edir! Hər bir xanıma qadın xoşbəxtliyi, səadət, gözəllik, sevgi arzu edir! Qoy, qış yorğunluğunuzu bahar oyanışı əvəz etsin!