\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Türkiyədə koronavirusdan ölüm sayı 29 mini keçdi

Türkiyədə koronavirusdan ölüm sayı 29 mini keçdi
1373baxış

Türkiyədə son sutka ərzində 65 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda 11 187 yeni yoluxma faktı qeydə alınıb. Bununla da virusa yoluxanların sayı 2 780 417, pandemiya qurbanlarının sayı isə 29 030 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 623 924 pasiyent (son sutkada 7785 nəfər) sağalaraq evə buraxılıb.