\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Vilayət Eyvazov mayora yeni VƏZİFƏ VERDİ

Vilayət Eyvazov mayora yeni VƏZİFƏ VERDİ
1366baxış

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Ruslan Cavadov Balakən rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Quba RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsinə təyinat alıb.