Qırğız Respublikasında keçiriləcək referendumun tarixi açıqlanıb
1417
Qırğız Respublikasının parlamenti yeni konstitusiya layihəsini ikinci və üçüncü oxunuşda dəstəkləyiblər.
“Report” xəbər verir ki, məlumatı “24.kg” yayıb.
Bildirilib ki, parlamentin məsələ ilə bağlı iclasında qeydiyyatdan keçən 100 deputatdan 94-ü layihənin lehinə, 6-sı isə əleyhinə səs verib.
Məlumata görə, yeni konstitusya layihəsi ilə bağlı 2021-ci il aprelin 11-də referendum keçiriləcək.