\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

YAP-ın Qadınlar Şurası ləğv edildi

YAP-ın Qadınlar Şurası ləğv edildi
1386baxış

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib. Bununla bağlı partiyanın qurultayında qərar qəbul edilib:

"Yeni qərarla isə ayrıca bir şöbə yaradılacaq. Həmin şöbənin adının nə olacağı isə hələlik məlum deyil".

Qeyd edək ki, YAP-ın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.

Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib. (trend)