Türkiyədə gündəlik yoluxma sayı 14 mini keçdi
1368
Türkiyədə son sutka ərzində 67 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Mediapress.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 14 556 yeni yoluxma faktı qeydə alınıb. Bununla da virusa yoluxanların sayı 2 821 943, pandemiya qurbanlarının sayı isə 29 227 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 649 862 pasiyent sağalaraq evə buraxılıb.