\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Türkiyə Yunanıstanın ölümə tərk etdiyi 35 qaçqını xilas etdi

Türkiyə Yunanıstanın ölümə tərk etdiyi 35 qaçqını xilas etdi
1348baxış

Türkiyə Yunanıstanın ölümə tərk etdiyi 35 qaçqını xilas edib.

Türkiyə KİV xəbər verir ki, Balıkesirin Ayvalık ilçəsində Yunanıstan tərəfindən Türkiyənin daxili sularına doğru qovulan qayıqdakı qaçqınlar xilas edilib.

Qayıqda əcnəbi əsilli 35 qaçqın olub. Onlar Günəş adası sahillərindən Cunda adasına gətirilib. Zəruri tibbi və humanitar yardım göstərilib. Hazırda araşdırmalar aparılır.