Mir Cəlal küçəsində yeni piyada keçidi təşkil edilib - FOTOLAR
1562
Binəqədi rayonu, Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib.
BNA-dan Mediapress.-az verilən məlumata görə, sözügedən ərazidə 238 saylı uşaq bağçası, 247 saylı orta məktəb yerləşməklə yanaşı, sıx məskunlaşma da mövcuddur.
Nəticədə:
• Ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib;
• İnşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub;
• Svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizlik səviyyəsi artırılıb.