\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Suraxanıda svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib - FOTOLAR

Suraxanıda svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib - FOTOLAR
1656baxış
Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşhədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilib.
BNA-dən Mediapress.az-a verilən məlumata görə, əvəzində svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib. 
 
Nəticədə:
 
• hərəkət növbəliliyi təmin edilib;
 
• təhlükəsizlik səviyyəsi artırılıb; 
 
• əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.