\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

YAP-da Qadınlar Şurasının əvəzinə yeni şöbə yaradılıb - EKSKLÜZİV

YAP-da Qadınlar Şurasının əvəzinə yeni şöbə yaradılıb - EKSKLÜZİV
1357baxış

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda Azərbaycanın Baş konsulluğunun dəstəyi ilə keçirilən "29-cu ilində Xocalı soyqırımı" sərgisinin açılışını edib. Tədbirdə nazirlə yanaşı Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal və Hərbi Hava Qüvvələrinin Komandanı Həsən Küçükakyüz də iştirak edib.

H.Akar Xocalı soyqırımını heç vaxt unutmayacaqlarını deyib: "29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımızın acısı ürəyimizdədir, amma gələcəyə baxacağıq. Xocalıda şəhid edilən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm".