\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Gürcüstanda vaksinasiyaya gələn həftə başlanılacaq

Gürcüstanda vaksinasiyaya gələn həftə başlanılacaq
1556baxış

Gürcüstanda koronavirus əleyhinə peyvəndləmə prosesinə martın 15-dən start veriləcəyi planlaşdırılır.

Mediapress.az-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

O, vaksinin iri rayon mərkəzləri və şəhərlər arasında bölüşdürüləcəyini deyib.

Nazir müavini qeyd edib ki, ilk öncə tibb işçiləri peyvənd olunacaq.

Qeyd edək ki, qonşu ölkəyə “AstraZeneca” vaksininin martın 13-dən, “Pfizer” peyvəndinin isə martın 22-dən tədarük olunacağı gözlənilir.