\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Avropa İttifaqının xüsusi nümayəndəsi şəhid ailələrinə başsağlığı verib

Avropa İttifaqının xüsusi nümayəndəsi şəhid ailələrinə başsağlığı verib
1404baxış

Ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vətən müharibəsində şəhid olan hərbi qulluqçular və mülki şəxslərin ailələrinə başsağlığı verib.

"Mediapress.az" xəbər verir ki, bu barədə T.Klaar bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə deyib.

T.Klaar Ermənistan ilə Azərbaycan arasında baş verən bütün silahlı toqquşmaları, xüsusilə də keçən ilin payızında baş vermiş müharibəni diqqətlə izlədiyini qeyd edərək Cənubi Qafqaz regionunda sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O həmçinin bildirib ki, Avropa İttifaqı bu istiqamətdə atılan bütün addımları dəstəkləyir.


Vətən müharibəsində şəhid olan hərbi qulluqçular və mülki şəxslərin ailələrinə başsağlığı verən T.Klaar Azərbaycan Ordusunun bu müharibədə əhəmiyyətli təcrübə qazandığını qeyd edib.