\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

DSMF sədri: “2006-cı ilə qədər olan sığorta stajı üzrə vətəndaşlara güzəştlər edilib”

DSMF sədri: “2006-cı ilə qədər olan sığorta stajı üzrə vətəndaşlara güzəştlər edilib”
1403baxış

“Şəxsin 2006-cı ilə qədər olan sığorta stajı üzrə kapitalını götürüb pensiya təyin etməli olsaq onun topladığı kapitala görə ümumiyyətlə pensiya düşmür”.

Mediapress.az” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.

DSMF sədri bildirib ki, ümumilikdə bu gün pensiya sistemini təhlil etdikdə 2006-cı ilə qədər toplanan kapitalların çox cüzi şəkildə olduğu müşahidə edilir:

“Həmin kapitallar əsasında minimum pensiya təminatına imkan vermir. Ona görə də sistemə girənlərin böyük əksəriyyəti yaş və sığorta senzi ilə sistemə girir. Bu səbəbdən həmin vətəndaşlara güzəştlər edilib”.