Azərbaycanda peyvənd olunanların sayı 450 mini keçdi
1379
"Martın 12-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 9,221 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 450,316 nəfər peyvəndlənmə prosesində iştirak edib".
Bu barədə Mediapress.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.