\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Milli Məclisin gündəliyi dəyişib, Hesablama Palatası ilə bağlı məsələyə baxılacaq

Milli Məclisin gündəliyi dəyişib, Hesablama Palatası ilə bağlı məsələyə baxılacaq
1507baxış

Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyi dəyişib.

Mediapress.az”ın əldə etdiyi məlumata görə, toplantının gündəliyinə “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Bununla da gündəlikdəki məsələlərin sayı 2-yə çatıb.

Qeyd edək ki, parlamentin martın 16-da keçiriləcək iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.