\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

"Formula 1": Fettelin də bolidi sınaq yürüşündə sıradan çıxdı

"Formula 1": Fettelin də bolidi sınaq yürüşündə sıradan çıxdı
1500baxış

"Aston Martin"in bolidi "Formula 1" üzrə dünya çempionatının mövsümöncəsi Bəhreyndə keçirilən sınaq yarışlarının ikinci günündə sıradan çıxıb.

Mediapress.az-ın məlumatına görə, Sebastyan Fettelin idarə etdiyi avtomobil 6 dövrə vura bilib.

Almaniyalı pilot texniki problemlər üzündən yarışa davam etməyib. Bolidin sürət qutusunda nasazlıq aşkarlanıb. Martın 12-də "Mercedes" komandasından Valtteri Bottas da eyni problemlə üzləşib.

Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.