\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

ATƏT sədri Bakıya gəlir

ATƏT sədri Bakıya gəlir
1377baxış

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfər edəcək. Səfər 15 mart tarixində baş tutacaq.

Linde səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək və Qarabağla bağlı danışıqlar aparacaq. Müzakirələrdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi də diqqət mərkəzində olacaq.

Ann Linde həmçinin, vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.