\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Bu ölkədə Clubhouse bloklandı

Bu ölkədə Clubhouse bloklandı
1442baxış

Oman hökuməti ölkədə qeydiyyatdan keçmədiyinə görə Clubhouse sosial şəbəkəsini bloklayıb.

Bu barədə “WAF” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Omanda internetlə səs və video istifadə edən bütün rabitə tətbiqləri qeydiyyat sertifikatı almalıdır. Clubhouse sosial şəbəkəsi qeydiyyatdan keçmədiyi üçün istifadəsi bloklanıb.

Agentlik qeyd edir ki, şifrəli kanallardan (VoIP) istifadə edərək internet vasitəsi ilə əlaqə qurmaq Omanda qadağan edilib. Lakin koronavirus pandemiyası səbəbindən dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün bəzi güzəştlərin edilib.