\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

BNA hazırda sıxlıq müşahidə edilən küçə və prospektləri açıqladı

BNA hazırda sıxlıq müşahidə edilən küçə və prospektləri açıqladı
1349baxış

Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunur.

Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyindən Mediapress.az-a verilib. 

Sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların da hərəkətində çətinliklər var. Hərəkət intervallarında gecikmələr yaranıb.

- Babək prospekti H.Əliyev prospekti istiqamətində sıxlıq

- Moskva prospektində şəhər istiqamətində sıxlıq

- Abbasqulu ağa Bakıxanov küçəsi Türkiyə səfirliyi istiqamətində sıxlıq

- Qara Qarayev prospektində hər iki istiqamətdə sıxlıq

- Mikayıl Əliyev küçəsi Heydər Əliyev prospekti istiqamətində sıxlıq

- Ziya Bünyadov hər iki istiqamətdə sıxlıq

- Abdulvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

- Heydər Əliyev prospekti şəhər istiqamətində.