Emin Ağalarov: “Crocus Group” Azərbaycanda biznesini genişləndirəcək"
“Crocus Group” 2021-2022-ci illərdə Bakıda 7 yeni restoran açmağı planlaşdırır.
Virtualaz.org bildirir ki, bunu “Kommersant” nəşrinə açıqlamasında holdinqin ortaq sahibi Emin Ağalarov deyib.
“Yalnız 2021–2022-ci illərdə Bakıda və kurort qəsəbəsi Sea Breeze Resort-da yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələr artıq portfelimizdən tanınmış markalardır: Zafferano, Edoko, Forte Bello, Fish Box, Cafe Milano”, - deyə E.Ağalarov bildirib.
Ümumiyyətlə holdinq 2021-2022-ci illərdə 1 milyard rubl investisiya qoymağı və 11 yeni restoran açmağı, o cümlədən Azərbaycanda, Moskva bölgəsində mövcudluğunu gücləndirməyi və Sankt-Peterburqda inkişafını davam etdirməyi planlaşdırır.
“Crocus Group”un hazırda 52 restoranı fəaliyyət göstərir. Şirkətin özünün verdiyi məlumatına görə, 2020-ci ildə qrupun biznesinin restoran hissəsinin dövriyyəsi üç dəfə azalıb, iki il ərzində isə şirkət bu göstəricinin 70% artacağını gözləyir.