\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Bakı meri müavinini işindən azad etdi - FOTO

Bakı meri müavinini işindən azad etdi - FOTO
1558baxış

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, Fidumə Hüseynova Eldar Əzizovun müvafiq sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.

Onun yerinə hələlik təyinat yoxdur. 

Fidumə Hüseynova 6 aprel 2005-ci il tarixindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini icra edirdi.

Bundan əvvəl - 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

1959-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun yaxın kadrı hesab olunurdu. Hacıbala Abutalıbov Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olduğu zaman Fidumə Hüseynova Hüseynova Suraxanı Rayon Təhsil şöbəsinin müdiri olub.

Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir. 18 mart 2000-ci il tarixində Əməkdar Müəllim adına layiq görülüb.