\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Moskva prospektindən gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb - FOTO - Səbəb

Moskva prospektindən gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb - FOTO - Səbəb
1352baxış
Biləcəri dairəsi yaxınlığında yük avtomobili aşdığından Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 
 
Bakı Nəqliyyat Agentliyindən (BNA) Mediapress.az-a verilən məlumata görə, avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 
 
Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.