\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

İzmir şəhərində "Ən gözəl Novruz xonçası" yarışması keçirilir

İzmir şəhərində "Ən gözəl Novruz xonçası" yarışması keçirilir
1715baxış
Novruz bayramı münasibətilə İzmirdə fəaliyyət göstərən ​​​​​​​Çağdaş Azərbaycan Kültür Dərnəyi "Ən gözəl Novruz xonçası" yarışması keçirir.
 
Dərnəyin sədri, həmyerlimiz Camal Məhmətxanoğlu Mediapress.az-a bildirib ki, yarışmanın qalibi münsiflər heyəti tərəfindən seçiləcək.
 
"Dərnək olaraq Türkiyədə yaşayan azərbaycanlıların iştirakı ilə silsilə Novruz tədbirləri keçirmişik. Adət-ənənələrimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməyə çalışırıq. Pandemiya səbəbilə iki ildir ki, bu bayram coşğusundan uzaq qalmışdıq. Beləliklə, "Ən gözəl Novruz xonçası" yarışması keçirmək qərarına gəldik. Bu yarışmada dünyanın dörd bir yanında yaşayan həmyerlilərimiz iştirak edə bilərlər", - deyə Camal bəyin sözlərinə görə, yarışmanın qalibinə isə İzmir şəhərindəki Çeşmədə ikigünlük tətil hədiyyə olunacaq.
 
Qeyd edək ki, yarışmada iştirak etmək istəyənlər [email protected], [email protected] mail adreslərinə xonçaları ilə birlikdə çəkilmiş şəkillərini və əlaqə nömrələrini göndərə bilərlər. Əlavə məlumat http://xoncha.blogspot.com saytında qeyd olunub