Biləsuvarda 74 yaşlı qadın çayda boğulub
1478
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhər sakini, 1947-ci il təvəllüdlü Zəminə Həziyeva Bolqar çayına düşərək boğulub.
Mərhumun şəkər xəstəliyindən əziyyət çəkdiyi və ehtiyatsızlığdan çaya düşərək boğulduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.