\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Mikayıl Cabbarov Slovakiyanın xarici və Avropa işləri naziri ilə görüşüb

Mikayıl Cabbarov Slovakiyanın xarici və Avropa işləri naziri ilə görüşüb
1468baxış

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla görüşüb.

"Mediapress.az" xəbər verir ki, bunu azərbaycanlı nazir "Twitter" sosial şəbəkəsindəki hesabında bildirib.

"İkitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye zonalarına investisiyaların cəlb olunması və əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə o, qeyd edib.