Fuad Muradov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
1479
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixayıl Boçarnikovla görüşüb.
"Mediapress.az" xəbər verir k, görüşdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri Zinnurov İrek Xaydaroviç də iştirak edib.
Görüş zamanı Rusiyadakı Azərbaycan diasporunun mövcud vəziyyəti, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, cari planlar, ölkəmizdəki rus icmasının fəaliyyəti, eləcə də qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.