Şəkidə piyadanı avtomobil vurub
1452
Şəki rayonunda piyadanı avtomobil vurub.
"Mediapress.az"ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən yaşlı kişini "Opel" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.