\
5 Noyabr 2024 - Çərşənbə axşamı

Tovuzda 8 yaşlı uşağı avtomobil vurub

Tovuzda 8 yaşlı uşağı avtomobil vurub
1426baxış

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əbulbəyli kəndində qeydə alınıb.

Belə ki, 7-8 yaşlarında qız yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.