\
6 Noyabr 2024 - Çərşənbə

İdman yerişi üzrə yeni dünya rekordu müəyyənləşdirildi

İdman yerişi üzrə yeni dünya rekordu müəyyənləşdirildi
1389baxış

Qadın atlet Yan Tszyayuy 20 km məsafəyə idman yerişi üzrə dünya rekordu müəyyənləşdirib.

"Mediapress.az"ın "Xinxua" agentliyinə istinadən məlumatına görə, 25 yaşlı idmançı Xuanşanda keçirilmiş Çin çempionatında finişə 1 saat 23 dəqiqə 49 saniyəyə çatıb. Əvvəlki nailiyyət daha bir çinli Lüy Xuna (1:24.38) məxsus olub və 2015-ci ildə müəyyənləşdirilib.

Rusiyalı Yelena Laşmanova iki dəfə 2018 (1:23.39) və 2019-cu (1:24.31) illərdə əvvəlki dünya rekordunu keçib. Lakin hər iki halda rekord ratifikasiya olunmayıb.

Qeyd edək ki, Yan Tszyayuy 2017-ci ildə dünya çempionu olub.