\
5 Noyabr 2024 - Çərşənbə axşamı

Sergey Lavrov Çinə getdi

Sergey Lavrov Çinə getdi
1430baxış

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə səfərə gedib.

“RİA Novosti” xəbər verir ki, onun çərşənbə axşamı həmkarı Can Yi ilə görüşü planlaşdırılır.

XİN rəhbərlərinin iki ölkənin strateji qarşılıqlı əməkdaşlığını və ən yüksək səviyyədə təmasların təşkilini müzakirə edəcəkləri gözlənilir.

Nazirlər, həmçinin pandemiya ilə mübarizə ilə bağlı da müzakirələr aparacaqlar.

Çindən sonra Lavrov danışıqlar üçün Cənubi Koreyaya gedəcək.