\
5 Noyabr 2024 - Çərşənbə axşamı

Türk Şurasının sammiti videokonfrans formatında keçiriləcək

Türk Şurasının sammiti videokonfrans formatında keçiriləcək
1469baxış

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də Türküstan şəhərində keçirilməsi nəzərdə tutulan qeyri-formal sammitinin videokonfrans formatında təşkil olunması qərara alınıb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qərar epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub: "Bu qərar barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə rəsmi bildiriş göndərilib".

Qeyd edək ki, zirvə görüşündə Türk Şurasına üzv dövlətlərin başçıları və təşkilatda müşahidəçi olan Macarıstanın Baş nazirinin iştirak edəcəyi gözlənilir.