\
5 Noyabr 2024 - Çərşənbə axşamı

ABŞ Dövlət katibi: “Türkiyə bizim çoxdankı və dəyərli müttəfiqimizdir”

ABŞ Dövlət katibi: “Türkiyə bizim çoxdankı və dəyərli müttəfiqimizdir”
1473baxış

“Türkiyə ilə NATO arasında əlaqələrin davam etdirilməsi hamımızın xeyrinədir”.

Mediapress.az “Anadolu”ya istinadən bildirir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.

“Türkiyə bizim çoxdankı və dəyərli müttəfiqimizdir. Türkiyənin NATO ilə əlaqələrinin davam etməsi hamımızın xeyrinədir. ABŞ və NATO Türkiyəni özündən uzaqlaşdırmağı deyil, əksinə daha yaxın olmağı planlaşdırır", - o vurğulayıb.

E.Blinken, həmçinin bildirib ki, bəzi məsələlərlə bağlı Vaşinqtonla Ankara arasında fikir müxtəlifliyi var.