\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Koronavirusa yoluxanların sayı 125 milyona çatır

Koronavirusa yoluxanların sayı 125 milyona çatır
1365baxış

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 124 milyon 806 min 956 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə “Worldometers” saytı məlumat yayıb.

Qeyd olunur ki, pandemiya qurbanlarının sayı 2 milyon 746 min 311 nəfərdir. İndiyədək 100 milyon 842 min 866 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. 

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 30 636 534 nəfər virusa yoluxub, 556 883 pasiyent dünyasını dəyişib.