\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa uçuşlara başlayacaq

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa uçuşlara başlayacaq
1468baxış

Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək.

Mediapress.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Red Wings”in baş direktoru Yevgeni Klyuçaryov deyib.

Onun sözlərinə görə, aviaşirkət Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycana aviareyslər təşkil edəcək: “Aviareyslərin təşkili koronavirus pandemiyası ilə bağlı vəziyyət stabilləşən kimi reallaşdırılacaq”.

E. Klyuçarev əlavə edib ki, Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycanla yanaşı Qazaxıstana və Özbəkistana da aviareyslər təşkil ediləcək.