\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

Asfalt hamarlayan yol texnikası yanıb

Asfalt hamarlayan yol texnikası yanıb
1548baxış

Şabran rayonunda yanğın hadisəsi olub.

Bu barədə Mediapress.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində asfalt hamarlayan yol texnikasının yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.