\
1 Oktyabr 2024 - Çərşənbə axşamı

"Neftçi" - "Sumqayıt" matçının vaxtı açıqlandı

"Neftçi" - "Sumqayıt" matçının vaxtı açıqlandı
1472baxış

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli məlum olub.

Mediapres.az-ın məlumatına görə, iki günü əhatə edəcək turun üç görüşü “CBC Sport” kanalı vasitəsilə, biri isə pfl.az saytında canlı yayımlanacaq.

Tura aprelin 3-də “Səbail” – “Zirə” matçı ilə start veriləcək. XXI tur aprelin 4-də “Keşlə” – “Qarabağ” görüşü ilə yekunlaşacaq.

3 aprel (şənbə)

17:30. “Səbail” – “Zirə”
“ASCO Arena”, (canlı/"CBC Sport")

4 aprel (bazar)

16:30. “Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”, (canlı/"CBC Sport")

17:30. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena” (canlı/pfl.az)

18:30. “Keşlə” – “Qarabağ”
“ASK Arena”, (canlı/"CBC Sport")